İstanbulda daha bir zəlzələ oldu Video + Yenilənib

23.04.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Afterşokların davam etdiyi bir vaxtda Türkiyədə 4,4 bal gücündə daha bir zəlzələ baş verib.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 14.02-də Böyükçekmece sahillərində baş verən zəlzələ 7,02 kilometr dərinlikdə baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisələri izlədiklərini bildirib.
*** 14:12 
Türkiyənin İstanbul vilayətində iki zəlzələ qeydə alınıb.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, Silivri sahillərində baş verən 3,9 bal gücündə zəlzələdən sonra İstanbulda 6,2 bal gücündə ikinci zəlzələ meydana gəlib.
10 saniyə davam edən silkələnmələr ətraf əyalətlərdə də hiss olunub.
Fövqəladə Halların İdərə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, ilk olaraq episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu sahillərində olan 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6,99 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Daha sonrta eyni ərazidə 6,2 bal gücündə daha bir zəlzələ baş verib. Bu dəfə isə sarsıntıların episentri 6,92 kilometr dərinlikdə qeydə alınıb.
Bildirilib ki, sarsıntılar davam edir.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью