Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə hakimiyyəti ümid edir ki, Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçiriləcək görüş və danışıqlar atəşkəs məsələsində irəliləyişə səbəb olacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi yazıb.
“Türkiyə bu istiqamətdə əlindən gələni etməyə hazırdır”,- Ankaranın rəsmi təmsilçisi qeyd edib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların ikinci raundunun bu gün İstanbulda keçirilməsi planlaşdırılır. Bu ərəfədə isə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Tomas Fletçer ilə görüşür.
Y. QACAR