İstanbulda dəhşətli cinayət: Özbək qadının başını kəsib zibil qutusuna atdılar

25.01.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbulun Şişli rayonunda zibil konteynerinin içərisində tapılan başsız qadın cəsədinin kimliyi müəyyən edilib.

Moderator.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, cəsədin 37 yaşlı Özbəkistan vətəndaşı Dürdanə Xokimovaya aid olduğu məlum olub.

Qətllə bağlı iki şübhəli Gürcüstana qaçmağa çalışarkən tutulub.

Qorxunc cinayətdə cəsədin zibil konteynerinə atıldığı anların videogörüntüləri ortaya çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью