Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda dəhşətli hadisə baş verib.
Bu barədə Oxu.Az "Sondakika.com"a istinadən xəbər verir.
Məlumata görə, Ergenekon məhəlləsində 30 yaşlı İzzət Alver adlı kişi 45 yaşlı sevgilisi Seher Güzideni küçənin ortasında güllələyərək öldürüb, daha sonra həmin silahla öz başına atəş açıb.
Hadisə yerinə polis və sağlamlıq qrupları göndərilib. İ.Alver ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.