Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulun Kağıthane rayonunda binanın divarının avtosalona məxsus açıq dayanacağın üzərinə çökməsi nəticəsində 12 yeni avtomobilə ziyan dəyib.
Avtosfer.az xəbər verir ki, hadisə Sultan Səlim məhəlləsində baş verib.
İlkin məlumata görə, naməlum səbəbdən uçan divarın qalıqları dayanacaqda saxlanılan yeni avtomobillərin üzərinə düşüb.
Avtosalonun rəhbərliyi dəymiş ziyanın təxminən 30 milyon lirə olduğunu bildirib və polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır, divarın çökmə səbəbi ekspertizadan sonra məlum olacaq.