İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

19.09.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb.

Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun Qaçaqmalçılıq və Narkotik Cinayətləri İstintaq Bürosunun koordinasiyası ilə İstanbul İl Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat zamanı iki nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində narkotik və ya psixotrop maddələrin istehsalı və qanunsuz dövriyyəsi ittihamı ilə araşdırma başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью