İstanbulda evdən bir ailənin 4 üzvünün meyiti tapılıb

31.01.2025

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

İstanbulun Eyüpsultan rayonunda evdən bir ailənin dörd üzvünün meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

“Eyüpsultanda bir evdə eyni ailədən 4 nəfərin meyiti aşkarlanıb”, – agentlik bildirib. Qeyd olunub ki, onların odlu silahdan açılmış atəş nəticəsində öldüyü müəyyən edilib.

Bundan başqa, sözügedən ailədən bir nəfərin itkin düşdüyü də bəlli olub.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha əvvəl Konyada evdən bir ailənin dörd üzvünün meyiti tapılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью