İstanbulda Evlilik Kredisi üçün 9 min cütlük müraciət EDİB

04.03.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin ailə qurmaq istəyən gənclərə təqdim etdiyi 150 min lirəlik faizsiz kreditə İstanbulda 9 min cütlük müraciət edib.

Redaktor.az xəbər verir ki, Ailə və Gənclik Fondu tərəfindən dəstəklənən “Evlənəcək Gənclərin Dəstəklənməsi Proqramı” ilk olaraq zəlzələ bölgəsində tətbiq edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 13-də keçirilən “Ailə İli” Tanıtım Proqramında bu kreditin ölkənin 81 vilayətində tətbiq olunacağını açıqlayıb. Bundan sonra İstanbulda da müraciətlərin qəbulu başlayıb.

Nazirlik tərəfindən həyata keçirilən layihə çərçivəsində 2 il geri ödənişsiz, 48 ay müddətinə təqdim edilən 150 min lirəlik evlilik krediti üçün indiyədək təxminən 9 min cütlük müraciət edib.

Kənan YUSİF 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью