Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
İstanbulun Beylikdüzü rayonunda fabrikdə yanğın baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, rayonun Mermerciler Sənaye Sahəsi 2-ci küçəsində yerləşən plastik məişət texnikası istehsalı zavodunda gecə saatlarında naməlum səbəbdən başayan yanğın hələ də söndürülməyib.
Məlumata görə, çoxlu sayda yanğınsöndürmə briqadaları hələ də hadisə yerində çalışır.
Lamiyə Əhmədli
MİA.AZ