İstanbulda fabrikdə güclü yanğın

06.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin İstanbul şəhərində fabrikdə güclü yanğın baş verib.

Oxu.Az bu barədə İHA mənbəyinə istinadən xəbər verir.

Bildirilir ki, yanğının miqyasına görə təkcə hadisənin baş verdiyi Beylikdüzündən deyil, Avcılar, Bakırköy, Başakşehir, Hadımköy, Bağcılar və Sultanqazi rayonlarından əlavə yanğınsöndürən briqadalar yönəldilib.

İntensiv müdaxilə nəticəsində yanğını nəzarətə almaq mümkün olub.

İkimərtəbəli ağac emalı fabrikində baş verən yanğının səbəbi araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью