İstanbulda film kimi dələduzluq: Azərbaycanlı saxlanıldı

23.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

İstanbulda bir qadını aldadaraq onun 1.700 000 TL dəyərində (57 000 AZN) qızıl-zinət əşyalarını ələ keçirən dəstə üzvləri saxlanılıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, 5 dəstə üzvü arasında Azərbaycan vətəndaşı Yaşar M. də var.

Həmin şəxslər qadına zəng edərək, "Adınız terror təşkilatı ilə bağlı istintaqda çəkilir. Bilirik ki, sizin bununla heç bir əlaqəniz yoxdur. Lakin istintaq bitənə qədər evinizdəki qiymətli əşyalarınızı təhlükəsiz şəraitdə saxlamalıyıq" deyib və qızılları bu üsulla ələ keçiriblər. Bakıda online alış-veriş

Qiymətli əşyalar satılaraq kriptovalyutaya çevrilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью