İstanbulda fırtına xəbərdarlığı: yüzlərlə reys ləğv edildi

19.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulun Sabiha Gökçen hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə hava limanının əməliyyat şirkəti HEAŞ-ın açıqlamasında deyilir.

“Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i reyslər ləğv ediləcək”, - deyə bildirilir.

Qeyd edək ki, bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью