İstanbulda gənc silahla bütün ailə üzvlərini qətlə yetirib

31.01.2025

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbulun Eyüpsultan rayonunda bir ailənin dörd üzvü güllələnərək qətlə yetirilib.

Oxu.Az bu barədə Türkiyənin "Milliyet" nəşrinə istinadən məlumat verib.

Hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində dəhşətli hadisənin həmin ailənin övladı tərəfindən törədildiyi üzə çıxıb.

Belə ki, adı açıqlanmayan gənc atasını, anasını, bacısını və nənəsini qətlə yetirib.

Hadisəni törədən şəxs artıq saxlanılıb. İnsidentin təfərrüatı araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью