İstanbulda gizli sənədlər üzə çıxacaq Kreml açıqladı

30.05.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulda Rusiya və Ukrayna arasında iki memorandum müzakirə ediləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O, sözügedən layihələrin gizli qaldığını vurğulayıb.

“Hələlik ictimaiyyətə heç nə açıqlanmayacaq. Ümid edirik ki, hər iki layihə danışıqların ikinci raundunda müzakirə olunacaq”, – Peskov bildirib.

Onun sözlərinə görə, artıq Rusiya nümayəndə heyəti İstanbula uçur və iyunun 2-də Ukrayna tərəfi ilə danışıqların ikinci mərhələsinə hazır olacaq.

Qeyd edək ki, danışıqların əvvəlki raundu mayın 16-da İstanbulda baş tutub.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью