İstanbulda güclü yağış həyatı iflic etdi

25.07.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Səhər saatlarından etibarən Türkiyənin İstanbul və bir sıra vilayətlərində yağan şiddətli yağış həyatı iflic edib.
AZXEBER.COMxəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərin bəzi ərazilərində müşahidə edilən leysan vətəndaşlar üçün çətinliklər yaradıb. Yağış suları həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirib. Körpülərin altını su basıb.

İstanbul Böyükşəhər Bələdiyyəsinin yaydığı məlumata əsasən, leysanla mübarizə üçün Fəlakət Koordinasiya Mərkəzinin rəhbərliyi altında 5 638 nəfərlik şəxsi heyət və 2 074 texnika ərazidə fəaliyyətini davam etdirir. Aparılan ölçmələrə əsasən, ən çox yağıntı İstanbulda, Şile rayonunun Darlık kəndində qeydə alınıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью