Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda yerləşən anbarda güclü yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Orxanlı Dəri Sənaye Zonasında yerləşən fabrikdə başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürən briqadaları, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.