İstanbulda iki avtomobil toqquşdu, 9 nəfər xəsarət aldı

17.09.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Türkiyənin İstanbul şəhərinin Maltəpədə rayonunda iki avtomobilin toqquşduğu qəzada ikisi ağır olmaqla, 9 nəfər yaralanıb.

Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, qəza Yalı məhəlləsi, Memar Sinan küçəsi ilə Turqut Özal bulvarının kəsişməsində qeydə alınıb.

Sürücüsü məlum olmayan 34 DYD 055 dövlət nömrə nişanlı avtomobil 34 GB 5290 dövlət nömrə nişanlı maşınla toqquşduqdan sonra ayırıcı zolağa çıxaraq işıqlandırma dirəyinə çırpılıb.

Çağırış əsasında hadisə yerinə yanğınsöndürmə, polis və tibb briqadaları göndərilib. İki avtomobildə sıxışıb qalan 9 nəfər xilasedicilərin səyləri ilə çıxarılaraq təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью