İstanbulda iki bina çöküb, dağıntılar altında qalanlar var

22.03.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 22 mart, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində iki bina çöküb. Dağıntılar altında qalanlar var.

AZƏRTAC xəbər verir ki, şəhərin Fatih rayonunda baş verən hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Binalarda qalan şəxslərin axtarış-xilasetmə işləri davam edir.

Binaların çökmə səbəbi hələ ki məlum deyil.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью