Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İstanbulda iki dəqiqə aralıqla 6,2 və 4,4 bal gücündə iki güclü zəlzələ baş verib.
Məlumata görə, Türkiyə saatı ilə ə saat 12.49-da meydana gələn 6,2 bal gücündəki zəlzələnin episentri Silivridə olub. Bu zəlzələdən dərhal sonra saat 12.51-də isə 4,4 bal gücündə daha bir afterşok baş verib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabından etdiyi paylaşımda bütün aidiyyatı qurumların hazır olduğunu vurğulayıb. O, vətəndaşlara riskli binalara girməmələri barədə xəbərdarlıq edib.
"AzPolitika.info".