İstanbulda ikimərtəbəli fabrik binasında yanğın baş verib

07.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İstanbulun Başakşehir sənaye zonasında rezin istehsalı fabrikinin ikimərtəbəli binasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Yanğınsöndürənlər binanın damında köməksiz vəziyyətdə qalan üç nəfəri xilas edə biliblər.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqada gəlib. Yanğının söndürülməsinə 66 nəfər və 19 texnika cəlb olunub.

Yanğının səbəbləri müəyyənləşməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью