Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran dövlət televiziyasının məlumatına görə, İran 2015-ci ildəki nüvə sazişinin Avropa tərəflərinin tələbi ilə nüvə müzakirələrinin yeni mərhələsinə razılıq verib.
İyulun 25-i cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək nüvə müzakirələrində İranı xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.
Bildirək ki, İranla nüvə sazişinin E3 kimi tanınan Avropa tərəfləri, Böyük Britaniya, Fransa və Almaniya mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşmüşdü.
Tərəflər ABŞ və İran arasında davam edən danışıqlar zamanı aparılan danışıqların davam etdirilməsi barədə razılığa gəlmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.