Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
İstanbulun Pendik rayonunda tikinti şirkətinin sahibi 46 yaşlı Ercan Ekşi tikinti sahəsinin qarşısında silahlı hücuma məruz qalaraq həyatını itirib.
Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, polisin araşdırması nəticəsində hücumu törədən 23 yaşlı M.G.-nin hadisədən sonra qaçıb.
O daha sonra Taksim ərazisində saxlanılıb.
İstintaq zamanı onun qaçmasına kömək etdiyi və sifarişçi ilə əlaqədə olduğu ehtimal edilən daha iki nəfər də saxlanılıb. Onların hamısı barəsində hüquqi prosedurlar tamamlandıqdan sonra məhkəməyə göndərilib.
Hadisənin baş vermə anı və şübhəlinin Taksimdə saxlanılması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.