İstanbulda İŞİD əməliyyatı

24.02.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyatda şübhəli şəxslərə aid 68 ünvana basqın edilib. 


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, əməliyyatda 59 nəfər tutularkən, çoxlu sayda silah, rəqəmsal material və təşkilata aid sənədlər ələ keçirilib.

Bildirilib ki, şübhəlilərin qanunsuz toplaşdıqları müəyyən edilən ünvan möhürlənib və fəaliyyətinə xitam verilib.

Məlumata görə, saxlanılan şübhəlilər polis idarəsinə aparılıb.

Daşqın Həsənov

Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью