İstanbulda İŞİD üzvləri saxlanılıb

26.11.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul polisi partlayıcı maddələrdən istifadə etməklə terror aktı hazırlayan İŞİD terror qruplaşmasının iki silahlısını saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik idarəsi məlumat yayıb.

Məlumata görə, əməliyyat Qaziosmanpaşa ərazisində həyata keçirilib.

Məlumatda qeyd olunub ki, 2021-ci ildə saxlanılan şəxslər İŞİD-də iştirakda ittiham edilərək 2023-cü ildə həbsdən azad ediliblər.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkənin 18 vilayətində polisin keçirdiyi əməliyyatlar nəticəsində 54 nəfərin İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanıldığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью