İstanbulda italyan aşpazın oğlu bıçaqlandı ANBAAN VİDEO

28.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulun Kadıköy rayonunda xırdavat bazarında bir qrup yeniyetmə məşhur italyan aşpazın oğlu, 14 yaşlı Mattia Ahmet Minqutsiyə azı beş bıçaq zərbəsi vurub.

Oxu.Az xəbər verir ki, bu barədə "Gazete Memleket" məlumat verib.

İtaliyalı gənc bir neçə yerindən bıçaqlanıb. O, yaxınlıqda olan həkim sayəsində xilas edilib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Polis artıq iki hücum edən şəxsi saxlayıb və onlar həbs edilib. İtaliya polisi və diplomatlar istintaqa qoşulub.

Qeyd olunur ki, Mattia Ahmet Minqutsi İstanbulda məşhur italyan restoranının aşpazı, Andrea Minqutsi və türk violonçel ifaçısı Yasemin Akıncıların oğludur.

İstanbulda italyan aşpazın oğlu bıçaqlandı - ANBAAN VİDEO

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью