İstanbulda kafedə atışma: 2 yaralı​​​​​​​

09.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İstanbulun Kadıköy rayonunda bir kafedə atışma baş verib.

Xalqcebhesi.az DHA-a istinadən xəbər verir ki, mübahisə üç kişi arasında borc səbəbindən başlayıb və tezliklə dava ilə nəticələnib. Daha sonra iştirakçılardan biri tapança çıxararaq atəş açıb.

Nəticədə kafedəki iki nəfər yaralanıb. Hadisə yerinə gələn təcili yardım yaralıları xəstəxanaya aparıb, onların vəziyyəti hələqi məlum deyil.

Atəş açan şəxs hadisə yerindən qaçıb. Polis onu axtarır, araşdırma davam edir.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью