İstanbulda keçiriləcək danışıqlarda Rusiyanı Lavrov və Yuri Uşakov təmsil edəcək

14.05.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mayın 15-də İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov daxildir.

Missiya.Az xəbər verir ki, bu barədə “The Washington Post” Kremldəki mənbələrə istinadən məlumat yayıb.

“Bu o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarda iştirak etməyəcək”, - deyə vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Putinlə Türkiyədə şəxsən görüşməyi gözlədiyini açıqlayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью