Icma.az bildirir, Xalq qazeti portalına istinadən. İstanbulda ilk dəfə keçirilən Türkdilli Dövlətlərin Ticarət və İnvestisiya Əməkdaşlıq For
Sərgidə ölkəmizin investisiya və ticarət imkanları Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən geniş ictimaiyyətə çatdırılıb.
Sərgi Türkiyənin Ticarət Nazirliyinin himayəsində “ROK Beynəlxalq Konsaltinq” şirkəti tərəfindən, Türk Dövlətləri Təşkilatının (TDT) Türk Ticarət və Sənaye Palatalar Birliyinin əməkdaşlığı ilə açılıb.
Sərgidə ölkəmizin iştirakı ilə bağlı məlumat verən nümayəndəliyin rəhbəri Tamerlan Tağıyev iştirakçılar, o cümlədən TDT-yə üzv ölkələr tərəfindən Azərbaycanın yatırım və ticarət potensialına böyük marağın olduğunu bildirib.
“Sərgi müddətində tərəfimizdən iştirakçılara Azərbaycanın yeni investisiya imkanları haqqında geniş məlumat verilib.
Bura həm sənaye parkları, həm də azad ticarət zonası daxildir.
İştirakçıları, həmçinin azad edilmiş ərazilərimizdə, Qarabağdakı mövcud güzəşt və imkanlarla bağlı məlumatlandırdıq.
Xüsusən də, Qarabağda fəaliyyət göstərən şirkətlər üçün güzəştli kreditlər, layihələrdə dövlət iştirakı və digər imkanlar barədə ətraflı məlumat verildi”, - deyə Tamerlan Tağıyev qeyd edib.