İstanbulda küçədə silahlı İNSİDENT

23.08.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulun Kartal rayonunda küçədə baş verən davadan sonra şübhəli şəxs evinə gedərək tüfəng götürüb və insanların olduğu ərazidə ard-arda atəş açıb.

Avtosfer.az HaberGlobal-a istinadla xəbər verir ki, hadisə Hürriyet məhəlləsində baş verib. İddiaya görə, iki qrup arasında naməlum səbəbdən başlayan davadan sonra tərəflərdən biri evinə qayıdaraq tüfəng götürüb.

Daha sonra küçəyə çıxan şübhəli 4 dəfə atəş açaraq hadisə yerindən uzaqlaşıb. Atəş səsləri ərazidə qısa müddətlik panikaya səbəb olub.

Hadisə anı mobil telefon kamerası ilə lentə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью