Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Türkiyənin “Qalatasaray” klubu “Milan”ın hücumçusu Rafael Leaonun transferi üçün İtaliya təmsilçisinə rəsmi və artırılmış təklif təqdim edib.
Futbolpress.az “Goal Italia”ya istinadən xəbər verir ki, İstanbul klubu 45 milyon avro və əlavə bonuslar təklif edib. Bonus şərtlərinin rahat icra olunması transfer məbləğini “Milan”ın istədiyi 50 milyon avroluq həddə çatdırır. Portuqaliyalı ulduzla şəxsi müqavilə şərtləri artıq tam razılaşdırılıb. Leao “sarı-qırmızı”larla illik 12 milyon avro maaşla 4 illik sözləşməni qəbul edib.
Forvardla “Aston Villa” da yaxından maraqlanır. Birmingem təmsilçisinin Olli Uotkinsin satışından və digər transferlərdən sonra böyük büdcəsi olsa da, baş məşqçi Unai Emeri transfer pəncərəsinin bağlanmasına az qalmış alternatif kimi Jan-Filip Mateta və Nikolas Cekson variantlarını da nəzərdən keçirir. “Tottenhem” isə bu prosesdə daha passiv mövqe tutur.