İstanbulda leysan: küçələr və yollar su altında qaldı

14.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Türkiyənin İstanbul şəhərində leysan yağış bir sıra fəsadlar yaradıb.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu səbəbdən nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb.

Bildirilib ki, dünən axşam saatlarından başlayan yağışlı hava şəhər daxilində daşqınlara səbəb olub. Yollar, yeraltı keçid və tunelləri su basıb. 

Bununla yanaşı, İstanbulda əlverişsiz hava şəraitinə görə, sabah əyani tədris dayandırlacaq, dərslər distant formada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью