İstanbulda məhbusları daşıyan maşın aşdı: Yaralılar var

29.01.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda məhbusları daşıyan Vilayət Jandarm Komandanlığına məxsus nəqliyyat vasitəsi aşıb.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə polis, sağlamlıq və yanğınsöndürmə qrupları göndərilib.

View this post on Instagram

A post shared by Oxu.Az Türkçe (@oxuazturkce)

İlkin məlumatlara görə, nəqliyyat vasitəsinin içində 12 məhbus, sürücü və 4 jandarm əməkdaşı olub. Qəzada 4 jandarm əməkdaşı yaralanıb.

Qəza yerində işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью