İstanbulda məktəblər sabah da bağlı OLACAQ

20.02.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul Valisi Davut Gül, məktəblərin sabah da bağlı olacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Vali Gül həmçinin qazi, malul qazi, əlil, hamilə və 8 yaşından kiçik övladı olan qadın dövlət qulluqçularının da idarə icazəli sayılacağını bildirib.

O, AFAD İstanbul İl Müdirliyində keçirilən toplantıda şəhərdə qar yağışının fevralın 24-nə qədər davam edəcəyini, hava şəraitinə qarşı 10 min 147 texnika və 35 min 731 əməkdaşın səfərbər edildiyini qeyd edib.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью