İstanbulda metro stansiyasında yanğın: Bir nəfər tüstüdən zəhərləndi

19.05.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulun Bakırköy-Kayaşehir metro xəttinin İnönü Mahalləsində yerləşən Molla Gürani stansiyasında naməlum səbəbdən yanğın baş verib.

Redaktor.az xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım qrupları cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi ilə stansiyada alovun qarşısı alınıb və yanğın söndürülüb.

Yanğın səbəbilə stansiya müvəqqəti olaraq istifadəyə bağlanıb. Hadisə zamanı tüstüdən təsirlənən bir mühafizəçiyə təcili yardım briqadası müdaxilə edib.

Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью