İstanbulda metrobüs xarab oldu, sərnişinlər yolu piyada davam etdilər

23.05.2025

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulun Avcılar rayonunda Topqapı istiqamətində hərəkət edən metrobus texniki nasazlıq səbəbilə dayanıb. Hadisə zamanı nəqliyyat vasitəsinin mühərrik hissəsindən tüstü qalxıb.

Redaktor.az xəbər verir ki, sürücü metrobusu Mustafa Kamal Paşa stansiyası yaxınlığındakı təhlükəsiz əraziyə çəkərək sərnişinlərin təxliyyəsini təmin edib. Metrobusun hərəkətinin dayanması səbəbilə sərnişinlər növbəti dayanacağa qədər yolu piyada qət etməli olublar.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma başladılıb.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью