İstanbulda minlərlə insan Fələstinə dəstək yürüşünə başladı

01.01.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İstanbulun mərkəzində Fələstinə dəstək yürüşü başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

On minlərlə insan Ayasofya məscidinin qarşısında toplaşır. Yürüşlə əlaqədar şəhərin əsas küçələrində nəqliyyatın hərəkəti çətinləşib.

Türkiyə Gənclər Vəqfinin (TÜGVA) himayəsi altında təşkil edilən yürüşün iştirakçıları Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qılıblar. Namazdan sonra aksiya iştirakçıları yürüşə qoşulmaq üçün əllərində Türkiyə və Fələstin bayraqları ilə Qalata körpüsünə doğru hərəkət edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью