İstanbulda motosiklet qəzası: 1 nəfər həlak oldu

05.12.2024

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulun Pendik rayonunda axşam saatlarında iki motosikletin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, Sabiha Gökçen Hava Limanı Bağlantı Yolu üzərində 54 AHG 416 və 41 APH 341 dövlət qeydiyyat nişanlı motosikletlər yağış səbəbindən sürüşkən yolda idarəetməni itirərək toqquşub. Güclü zərbə nəticəsində motosikletlər səkiyə çırpılıb, sürücülər isə yıxılaraq yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım və polis əməkdaşlarının ilkin müdaxiləsindən sonra yaralılar xəstəxanaya çatdırılıb. Lakin onlardan biri orada həyatını itirib.

Qəza səbəbilə bölgədə yaranan nəqliyyat sıxlığı motosikletlərin yoldan götürülməsi ilə aradan qaldırılıb. Hadisənin təfərrüatları araşdırılır.

Seymur BƏNNAYEV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью