Icma.az, Azertag portalına istinadən məlumat yayır. İstanbul, 29 may, Günel Karatepe, AZƏRTAC İstanbulda 28 May - Müstəqillik Günü münasibət
Təqdim olunan əsərlər xoreoqrafiya qrupunun (Derya Kaptan və Jago) çıxışı ilə müşayiət olunub.
Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.“Bu, mənim İstanbulda belə, yəni ruhani və spiritual formatda ilk konsertim idi.
Fikrimcə insanların ruhuna toxunmaq çox önəmlidir. Konsertdə meditasiya anları da vardı.
Musiqilər arasında daxilimizdəki uşaq, bağışlamaq kimi mövzulara toxunduq.
Daha sonra ölüm, Allaha təslim olmaq kimi dərin mövzular barədə danışdıq. Hər şey çox gözəl keçdi.
Əminəm ki, insanların ruhuna toxunduq, çünki çox sayda gözəl rəy aldıq.
Konsertin sonunda səsləndirilən “Mən sevgiyəm, sən sevgisənsə, biz sevgiyik” adlı bu musiqi mənim bəstəmdir”, - deyə konsertdən sonra sənətçi bildirib.Qeyd edək ki, bu, Seyran İsmayılxanovun dünya turu çərçivəsində baş tutan növbəti konserti idi.