İstanbulda narkobaron saxlanıldı

11.09.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyənin ədliyyə naziri Akın Gürlek beynəlxalq narkotik ticarəti təşkilatının rəhbəri İslam Yakutun İstanbulda saxlanıldığını elan edib.

Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.

Məlumata görə, 2017-ci ildən bəri ədalət mühakiməsindən yayınan Yakut şifrəli rabitə sistemlərindən istifadə edərək öz təşkilatını idarə etməyə davam edib.

Onun Türkiyə və Avropada ümumilikdə ələ keçirilən iki ton narkotik vasitə ilə əlaqəli olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью