İstanbulda narkotik maddə ticarəti ilə məşğul olan 153 nəfər saxlanılıb

26.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulda narkotik maddə ticarəti və istehsalı ilə məşğul olanlara qarşı növbəti genişmiqyaslı əməliyyat keçirilib.


Missiya.Az xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.

Bildirilib ki, Narkokapan-14: Şəhid Bora Barış Gülər” əməliyyatı nəticəsində 153 şübhəli saxlanılıb. Əməliyyat zamanı cinayətkarlara məxsus çox sayda narkotik maddə və silah-sursat ələ keçirilib. 

Ali Yerlikaya bu istiqamətdə əməliyyatların davam etdiyini bildirərək, aparılan hər əməliyyatın gələcək nəsillər üçün mübarizə olduğunu vurğulayıb.

Nurlana Əhmədova
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью