İstanbulda oteldə yanğın: xəsarət alanlar var

05.09.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda altımərtəbəli oteldə yanğın olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 12 nəfər xəsarət alıb.

Birinci mərtəbədə başlayan yanğın binanın fasadını əhatə edib.

Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib, xəsarət alan 12 nəfər isə xəstəxanaya çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью