İstanbulda palet fabrikində güclü yanğın olub FOTO

23.04.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulun Pendik rayonunda yerləşən palet fabrikində güclü yanğın olub.

Mia.az Türkiyə mətbuatına istinadıa xəbər verir ki, fabrik və ona bitişik iki bina, o cümlədən emalatxanaya sıçrayan yanğını söndürmək üçün bölgəyə xeyli yanğınsöndürənlər cəlb olunub.

Məlumata görə, Ramazanoğlu məhəlləsində Eren küçəsində fəaliyyət göstərən palet fabrikinin anbar hissəsində naməlum səbəbdən başlayan yanğın qısa zamanda ətrafı sarıb: "Yanğınsöndürənlər  bir neşə saat sonra alovu nəzarətə alaraq söndürüb. Daha sonra soyutma əməliyyatlarına başlanılıb".

Xəbərdə deyilir ki, fabrik və ətrafına böyük zərər dəyib: "Ölən və yaralananlar isə yoxdur"

Firudun Səfərli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью