İstanbulda polis maşınına partlayıcı maddələrlə hücum olub

17.11.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

İstanbulda bir qrup tərəfindən polis maşınına partlayıcı maddələrlə hücum olub. SİA xəbər verir ki, hadisə şəhərin Bağcılar rayonunda baş verib.

İlkin məlumata əsasən, icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup tərəfindən bölgədəki polis avtomobilinə süni üsulla düzəldilmiş partlayıcı maddələr və daş parçaları atılıb.

Bölgəyə əlavə təhlükəsizlik qüvvələri və helikopterlər cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью