İstanbulda polisə hücum olub, üç nəfər yaralanıb

07.02.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində polis əməkdaşlarına hücum olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Bağcılar rayonunda qeydə alınıb.

Məlumata görə, naməlum şəxs yol kənarındakı polis avtomobilinə yaxınlaşaraq bir müddət ətrafı müşahidə edib. Sonra isə qapını açaraq bıçaqla biri qadın olmaqla üç polis əməkdaşını yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə saxlanılıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью