İstanbulda Qalata Qülləsində Azərbaycan bayrağı əks olundu FOTO

09.11.2024

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəfər Gününün dördüncü ildönümü münasibətilə Azərbaycan bayrağı İstanbulun məşhur abidəsinin üzərinə proyeksiya olunub.

Redaktor.az xəbər verir ki, ölkəmizlə yanaşı bütün Türk dünyasının tarixinə ən şanlı səhifələrdən biri kimi yazılan, 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən bu tarixi Qələbə münasibətilə dünyanın ən məşhur abidələrindən biri olan tarixi Qalata Qülləsində Azərbaycan bayrağı və xarıbülbül əks olunub.

Azərbaycan bayrağının proyeksiyası ölkəmizin İstanbuldakı Baş konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью