İstanbulda qalmaqal: Oyun bitdi, stadion ətrafı qarışdı VİDEO

26.01.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

İstanbulun Küçükçekmece rayonunda keçirilən Həvəskar Liqanın 16-cı tur oyunu insidentlə yadda qalıb. “İFA” ilə “Bigaspor” arasında baş tutan qarşılaşmadan sonra azarkeşlər arasında kütləvi dava olub.

İdman.Biz xəbər verir ki, matçın yekun fitindən dərhal sonra iki komandanın tərəfdarları arasında əvvəlcə sözlü mübahisə yaranıb. Qısa müddətdə vəziyyət nəzarətdən çıxıb və qarşıdurma fiziki davaya çevrilib. Hadisə zamanı azarkeşlərin bir-birinə daş və dəyənəklər atdığı bildirilib.

Gərginliyə polis əməkdaşları müdaxilə edib və təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra tərəflər ərazidən uzaqlaşdırılıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью