İstanbulda qərar gözlənilir Zelenskinin iki əsas şərti

02.06.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiyanın İstanbulda məhsuldar danışıqlara hazır olduğuna şübhə edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Lakin tərəflərin bəzi həll yollarına nail olacağına ümidim var. Kiyevin prioritetləri tam atəşkəs və hərbi əsirlərin qaytarılmasıdır”, – bildirib.

Qeyd edək ki, bu gün İstanbulda Moskva və Kiyev arasında birbaşa danışıqların ikinci raundu başlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью