İstanbulda Rusiya və Türkiyə Yaxın Şərqi müzakirə edirlər

25.04.2025

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr qapalı formatda başlayıb

İstanbulda Rusiya və Türkiyə arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr qapalı formatda başlayıb. Bu barədə AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir.

"Danışıqlar İstanbulda bağlı qapılar arxasında başlayıb", - məlumatda qeyd edilib.

Məsləhətləşmələrdə Suriya və Fələstindəki vəziyyətlə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.

İclasda Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью