İstanbulda saxta içkidən kütləvi zəhərlənmə Ölənlər var KONKRET

29.11.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Türkiyənin İstanbul şəhərində 12 nəfər saxta içkidən zəhərlənib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Bildirilib ki, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib.

Hadisənin ardınca saxta spirtli içki ticarəti ilə məşğul olduğu müəyyən edilən 12 nəfər saxlanılıb.

Axtarışlar zamanı 410 litr qablaşdırılmış etil və metil spirti, 165 şüşə qanunsuz spirt və onun istehsalında istifadə olunan maddə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью