İstanbulda saxta içkidən ölənlərin sayı artdı

04.12.2024

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbulda son günlər saxta içkidən zəhərlənərək ölənlərin sayı 17-yə çatıb. 

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, ümumilikdə 46 nəfər saxta içkidən zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. 

Bununla yanaşı, saxta içki satmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb. Onlardan 8-i artıq həbs edilib.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 12 nəfərin zəhərləndiyi, onlardan dördünün öldüyü bildirilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью